“İnter Mayami” klubu “Yuventus”la müqaviləsi bitən yarımmüdafiəçi Blez Matyudinin transfer etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı oyunçu Devid Bekhemin “İnter Mayami” klubunda davam etdirəcək.
Matyudinin "Yuventus"la müqaviləsinin müddətinin 2021-ci ildə başa çatmasına baxmayaraq, tərəflər arasında razılığa əsasən müqaviləyə xitam verilib.
Oyunçu Devid Bekhemin ortaq sahib olduğu “İnter Mayami” klubuna azad agent kimi pulsuz transfer olunub.
“Dostum Blezi “İnter Mayami”də qarşılamaqdan çox məmunam. O istedadlı oyunçu və böyük şəxsiyyətdir”, - deyə Bekhem klubun rəsmi saytına açıqlamasında bildirib.
Qeyd edək ki, Bekhem və Matyuidi “Paris Sen-Jermen” klubunda komanda yoldaşı olublar.