“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələdinəki rəqibi “Şkupi” Azərbaycan millisinin sabiq üzvünü heyətinə qatıb.

Offsideplus.az Şimali Makedoniya klubunun saytına istinadən xəbər verir ki, komanda Elvin Yunuszadə ilə bir illik müqavilə bağlayıb.

Qeyd edək ki, "Neftçi" - "Şkupi" matçı avqustun 27-də "Bakcell Arena"da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.