Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi Hernandesin son koronavirus testi neqativ çıxıb.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi artıq məşqlərə qoşulub.
İspan məşqçi "Instagram" hesabında "Göndərdiyiniz mesajlar üçün hamınıza təşəkkür edirəm. Sağalaraq ailəmin və komandamın başına döndüyümü bildirmək istəyirəm" başlıqlı paylaşım edib.