Futbol üzrə Ukrayna Premyer Liqasında pley-offun yarımfinal mərhələsinin görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, yığmamızın üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" "Mariupol"u qəbul edib. Həmin görüşdə "Aleksandriya" 1:2 hesabı ilə uduzub. Bununla da komanda, Avroliqada iştirak etmək şanslarını itirib.
Zədədən yeni qayıdan P.Paşayev oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 46-cı dəqiqədə meydana daxil olub.