Futbol üzrə Bolqarıstan çempionatında həkimlərin səhvi ucbatından futbolçular kütləvi halda koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, “Tsarsko Selo” – “Çerno More” matçından (1: 4) öncə meydan sahiblərinin futbolçusu Martin Kavdanskinin koronavirus testi səhvliklə neqativ cavablandırılıb.

O, matça start heyətə başlayıb və 3 komanda yoldaşını infeksiyaya yoluxdurub.