Afrika Millətlər Kuboku 2021-ci ildən 2022-ci ilə təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, bu barədə qərar Afrika Futbol Konfederasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Turnir 2022-ci ilin yanvarında baş tutacaq.
Qeyd edək ki, Afrika Millətlər Kubokunun gələn il 9 yanvar - 6 fevralda keçirilməsi planlaşdırılırdı.