Millimizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda səfərdə "Yeni Malatyaspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

D.Yılmaz görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Gənclərbirliyi" hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.