İyun ayının 5-də bərpa olunacaq futbol üzrə Bolqarıstan çempionatında azarkeşlərin stadionlara girişinə qadağa qoyulmayacaq.
Offsideplus.az xəbər verir ki, sözügedən ölkənin Səhiyyə Nazirliyi tərəfdarların oyunları tribunadan izləməsinə icazə verib.
Nazirliyin açıqlamasında bildirilib ki, tribunaların 30 faizdən çox hissəsi dolmamalıdır. Bu qərar birinci və ikinci liqanın oyunlarına şamil olunacaq.
Qeyd edək ki, daha əvvəl Rusiya Futbol İttifaqı Premyer Liqanın azarkeşlərin iştirakı ilə bərpa olunacağını açıqlayıb.