Azərbaycanlı tanınmış idman jurnalisti Anar Cəfərsoy koronavirusdan dünyasını dəyişən anasının dəfnində iştirak edə bilməyib.

Offsideplus.az xəbər verir ki, bu barədə supersport.az saytının baş redaktorunun özü sosial media hesabında paylaşım edib:

"Allahdan gəldik, Allaha da qayıdacağıq" bəyan edən Uca Rabbimiz, bütün canlıların ölümü dadacağını çatdırıb. Bütün varlığım, tacım, canım Ana, koronavirusdan sənin həyatını xilas edə bilmədik, cəhdlər alınmadı, bacarmadıq, vida görüşündən də kənarda qaldım. Allahın əmri qarşısında hər kəs acizdir. Uca Rabbimin lütfünə, mərhəmətinə, məğfirətinə tam əminəm. Atamı itirəndə də fədakarlığın, sonsuz zəhmətinlə bizi çiyinlərində daşıdın Ana. Allah anamı, atamı qəbr əzabı, cəhənnəm atəşindən qorusun, cənnətlik etsin. Anam Zöhrə, atam Kamil, rahat olun. Allah rizasını dərk edərək, son nəfəsimizə kimi üç qardaş olaraq Vətənə, millətə, xalqa, insanlara düzgün xidmət etməyə davam edəcəyik".