Millimizin üzvü Araz Abdullayevin yeni mövsüm "Anortosis" klubunda oynamaq ehtimalı azdır.

Offsideplus.az xəbər verir ki, bu barədə Yunanıstanın "Kerkida" nəşri məlumat yayıb.  Səbəb A. Abdullayevin müqavilə ilə məxsus olduğu "Qəbələ"nin 25 yaşlı yarımmüdafiəçi üçün 150 min avro təzminat istəməsidir. Famaqusta təmsilçisinin rəhbərliyinin bu məbləği yüksək hesab etdiyi bildirilib.

Qeyd edək ki, A.Abdullayevin icarə müddəti bu ilin yayı başa çatır. O, indiyə kimi Kipr klubunda 3 qol vurub.