Ukrayna Premyer Liqasında koronavirus pandemiyasına görə yaranmış fasilə bu gün sona çatıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” da növbəti oyununa çıxıb.

Sözügedən komanda 24-cü tur çərçivəsində doğma meydanda “Zarya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.

Futbolçumuz bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 45+3-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.