Futbol üzrə Bolqarıstan çempionatının bərpa tarixi məlum olub.
Offsideplus.az xəbər verir ki, çempionat iyunun 5-də bərpa olunacaq və iyulun 11-də yekun vurulacaq.
Komandaların məşqlərə mayın ortalarında başlaması planlaşdırılır. Yeni fors-major halların qeydə alınması halında çempionat dayandırılsa, bərpa olunmadan başa çatdırılacaq.