Asiya Futbol Konfederasiyası (AFC) COVİD-19 epidemiyasına görə, may və iyun ayında keçirilməsi nəzərdə tutulan bütün oyunları ləğv edib.
Offsideplus.az xəbər verir ki, Asiya ölkələrində pandemiyaya görə tətbiq olunan səyahət məhdudiyyətlərini nəzərə alan AFC may və iyun aylarında keçirilməsi planlaşdırılan bütün qarşılaşmaları və yarışları sonrakı bildirişlərə qədər təxirə salmağı qərara alıb.
Qeyd edək ki, qurum daha əvvəl də koronavirusa görə mart və aprel aylarında keçirilməsi nəzərdə tutulan qarşılaşmaların da təxirə salındığını açıqlamışdı.