“Səbail”in futbolçusu Maykl Essyen keçmiş klubu “Persib Bandunq” klubu tərəfindən transfer edilmək istəməyib.
Offsideplus.az “Ghanasoccernet”ə istinadən xəbər verir ki, İndoneziya komandası Braziliya millisinin və İspaniya “Barselona”sının sabiq oyunçusu Ronaldinyonu almalı imiş. Bunu “Persib Bandunq”un baş məşqçisi Umuh Muçtar deyib:
“Essyen dünya şöhrətli oyunçudur. Əslində klubun prezidenti Ronaldinyonu gətirmək istəyirdi, artıq onun agenti ilə danışmışdı. Amma braziliyalı futbolçu tezliklə “Barselona”nın səfiri oldu”.
Qeyd edək ki, Maykl Essyen 2017/2018 mövsümündə İndoneziya təmsilçisinin formasını geyinib. Qanalı oyunçu 2019-cu ilin martından “Səbail”də çıxış edir.