Koronavirus pandemiyasına görə bir çox ölkələrdə milli futbol çempionatları ləğv edilsə də, bu qadağa Belarusa aid deyil.

Belə ki, ölkə çempionatının növbəti turu çərçivəsində bu gün keçirilən "Minsk" - BATE oyununda baıxmlı qol vurulub. Qonaqların futbolçusu topu künc zərbəsində birbaşa "Minsk"in qapısına daxil edib.

Qeyd edək ki, həmin görüş 3:0 hesabı ilə BATE-nin xeyrinə başa çatıb.