Futbol üzrə Braziliya yığmasının və Madridin “Real” klubunun keçmiş yarımümdafiəçisi Roberto Karlos iki uşağını küçəyə atmaq istəyir.

Offsideplus.az xəbər verir ki, bu barədə futbolçunun keçmiş xanımı Barbara Tuler məlumat verib. Tuler bildirib ki, Roberto Karlos ondan indi qaldığı evi boşaltmağı tələb edib:

“O iki uşağını küçəyə atmaq istəyir. Mən ondan soruşdum ki, niyə bu evi bizdən almaq istəyirsən. Mənə dedi ki, evi satmaq istəyir. Bu iyrənc hərəkətdir”.

Qeyd edək ki, Tuler 2017-ci ildə Karlosu məhkəməyə verib. Tuler bildirib ki, sabiq futbolçu övladlarına aliment ödəmək istəmir. Onun bu günə qədər övladlarına 61 min avro borcu var. Qeyd edək ki, futbolçunun müxtəlif qadınlardan 9 övladı var.