Yakub Blaşikovski bundan sonra klub rəsmisi olacaq.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “Visla”nın borclarını ödədikdən sonra klubun hissələrini də satın alıb.

Məlumatı Polşa mətbuatı yayıb. Xəbərdə sənəd işlərinin martın 31-də tamamlandığı və Blaşikovskinin bu haqda yaxın günlərdə rəsmi açıqlama verəcəyi bildirilir.  O, klubun həm futbolçusu, həm kapitanı, həm də sahibi olacaq.

Qeyd edək ki, bu mövsüm “Visla” ilə 15 oyunda iştirak edən Blaşikovski, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.