Koronavirus daha bir futbol turnirinin keçirilməsinə mane olub.
Offsideplus.az xəbər verir ki, Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi futbol federasiyası (KONKAKAF) koronavirus pandemiyası ilə əlaqədar Millətlər Liqasının final mərhələsini təxirə salıb.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, iyunun 4-7-də Hyuston və Dallasda keçirilməsi nəzərdə tutulan Millətlər Liqasının final mərhələsinin oyunları təxirə salınıb. KONKAKAF rəhbərliyi buna FİFA-nın tövsiyəsi əsasında qərar verib.
Qeyd edək ki, qurum Millətlər Liqasından başqa Qızıl Kubokun təsnifat oyunlarını, həmçinin Karib dənizi klub çempionatını da qeyri-müəyyən müddətə təxirə salıb.