Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Pavel Paşayevin üzvü olduğu “Aleksandriya” doğma meydanda “Kolos”la qarşılaşıb. Azərbaycan milllisinin müdafiəçisinin komandası görüşdən qələbə ilə ayrılıb – 4:2.
Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” 23 turdan sonra 40 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.