Almaniya ll Bundesliqasında növbəti turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, milli komandamızın üzvü olan Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge" klubu doğma meydanda "Holsteyn Kil"i qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin yeganə qolunu 70-ci dəqiqədə millimizin hücumçusu vurub. 

Nazarov 63-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 30 xalı olan komanda 8-ci pillədə qərarlaşıb.