Qazaxıstanın "Tobol" klubu heyətinə növbəti erməni futbolçunu cəlb edib.

Offsideplus.az xəbər verir ki, Kostanay təmsilçisi yerli "Okjetpes" komandasından Armen Hovhannisyanı transfer edib. 26 yaşlı müdafiəçi ilə imzalanmış müqavilənin detalları hələlik açıqlanmayıb.

Bu, Qriqori Babayanın baş məşqçi təyin olunmasından sonra "Tobol"un 3-cü erməni futbolçu transferi olub. Komanda Hovhannisyandan öncə Arman Oqanesyan və Petros Avetisyanın keçidini reallaşdırıb.