"Sevilya" klubunun futbolçusu Xavyer Ernandes karyerasını ABŞ-da davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, “Los-Anceles Qalaksi" 31 yaşlı hücumçu ilə müqavilə bağlayıb. MLS təmsilçisinin rəsmi saytı transferi açıqlasa da, müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib.
Bu transfer üçün ABŞ klubunun "Sevilya"ya 7 milyon avro ödədiyi bildirilir.