Yunanıstan çempionatında növbəti qalmaqal yaşanıb.
Offsideplus.az xəbər verir ki, Superliqanın 25-ci turunda keçirilən PAOK - AEK oyunu yarımçıq qalıb.
Görüşün baş hakimi PAOK-un 90-cı dəqiqədə vurduğu qolu qeydə almayıb.
Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Onun üzərində tapança da olub. Daha sonra isə azarkeşlər meydana axışıb. Buna görə də qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırıb.