Qazaxıstanın "Astana" klubu əsas komandanın baş məşqçisi Roman Qriqorçukla yollarını ayırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Qeyd edək ki, 2015 - 2018-ci illərdə "Qəbələ"də işləyən Roman Qriqorçuk 2018-ci ilin yayından "Astana"nı çalışdırırdı.