Uesli Sneyder karyerasıyla bağlı önəmli qərar verib.
Offsideplus.az Sportal.az-a istinadən xəbər verir ki, Hollandiya yığmasında çıxış edən yarımmüdafiəçi milli karyerasını başa vurduğunu elan edib.
33 yaşlı futbolçu millinin yeni baş məşqçisi Ronald Kumanla Qətərdəki görüşdən sonra bu qərarı verib.
Hazırda Qətərin “Əl-Qarafa” klubunda çıxış edən Sneyder millidə 2003-cü ildə debüt edib. O, bu komandada 133 oyun keçirib və 3 qol vurub. 2010-ci ildə dünya çempionatının gümüş medalını qazanıb.
"Ayaks" yetirməsi olan Sneyder "Real Madrid", "İnter", "Qalatasaray" və "Nitsa"da da çıxış edib.