Belarusda BATE-nin hegemonluğuna son qoyulub. 

Offsideplus.az xəbər verir ki, Brest "Dinamo”su 29-cu turda öz meydanında "Vitebsk”ə qalib gəlib - 1:0. Bu qələbə çempionatın başa çatmasına tur qalmış "Dinamo”ya çempionluğu qazandırıb. Komanda BATE üçün əlçatmaz olub. 
Bu, "Dinamo”nun ilk çempionluğudur. BATE ardıcıl 13 il idi ki, çempion olurdu. "Dinamo”nun uğuruna komandanı n idarə heyətinin sabiq sədri Dieqo Maradona da biganə qalmayıb. O, brestliləri çempionluq münasibəti ilə "instaqram”da təbrik edib.