Ukrayna Premyer Liqasında 15-ci turun görüşləri davam edir.
Offsideplus.az xəbər verir ki, millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma meydanda "Zarya" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
P.Paşayev start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Aleksandriya" hazırda 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.