Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstandan ayrılmaq fikrində deyil.
Offsideplus.az xəbər verir ki, qolkiper "sports.kz"a açıqlamasında "Tobol"u tərk etməyəcəyini bildirib: "Klubla hələ 1 illik müqaviləm var. "Tobol"da qalacam".
Qeyd edək ki, Qazaxıstan çempionatında keçirdiyi 31 oyunda qapısında 22 top görən Emil Balayev 2019-cu il mövsümünün simvolik komandasına düşüb.