Oktyabrın 23-dən 26-dək baş tutan Avropa Olimpiya Komitəsinin Baş Assambleyası çərçivəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının sədri seçilib.
Offsideplus.az xəbər verir ki, Milli Olimpiya Komitəsindən "Report"a verilən məlumata görə, tədbir çərçivəsində həmçinin Polşa Olimpiya Komitəsinin 100 illik yubileyi qeyd olunub. Azərbaycan Olimpiya Komitəsi (MOK) adından yubileyi qeyd etmək məqsədi ilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibinin müavini Azər Əliyev quruma xas olan hədiyyə təqdim edib.
Xatırladaq ki, assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Festivalı, Atletlər, Olimpiya Mədəniyyəti və irsi, Olimpiya Akademiyası və digər komissiyalarının iclasları keçirilib. Həmçinin, Tokio 2020 və Paris 2024 Yay Olimpiya Oyunları, Pekin 2022 Qış Olimpiya Oyunları, Krakov və Malopolska 2023 Avropa Oyunlarının məruzə çıxıları dinlənilib.