Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Sandhauzen”lə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.  Start heyətdə meydana çıxan Nazarov 70-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Aue təmsilçisi 9 turdan sonra 15 xalla 4-cü pillədə qərarlaşıb.