Yığmamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna Premyer Liqasında növbəti oyuna çıxıb. 

Offsideplus.az xəbər verir ki, komanda 6-cı turda "Vorskla"nın qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.

P.Paşayev start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 34-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Aleksandriya" 9 xalla 4-cü yerdə qərarlaşıb.