Yığmamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna Premyer Liqasında növbəti oyuna çıxıb. 

Offsideplus.az xəbər verir ki, komanda 5-ci turda doğma meydanda "Desna" ilə qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

P.Paşayev bu matçda meydana çıxmayıb. O, ehtiyatda qalıb.

Qeyd edək ki, "Aleksandriya" 6 xalla 7-ci , "Desna" 10 xalla 2-ci pillədə qərarlaşıb.