"Mançester Siti" klubundan ayrıldıqdan sonra "Anderlext"in oynayan məşqçisi təyin edilən Vensan Kompaninin məşqçi vəzifəsi əlindən alınıb.
Offsideplus.az xəbər verir ki, komanda ilk 4 oyununda cəmi 2 xal qazandığı üçün bu qərar verilib. Beləliklə, 33 yaşlı müdafiəçi Belçika təmsilçisində təkcə oyunçu kimi karyerasını davam edəcək.
Qeyd edək ki, Kompani bu yay "Mançester Siti"dən ayrılıb.