Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub.

Offsideplus.az Report-a istinadən xəbər verir ki, klub bundan sonra ev oyunlarını “Rudolf Ton” arenasında keçirəcək.

Bununla əlaqədar klub rəhbərliyi - vitse-prezident Manfred Modli, operativ menecer Kristian Tonxofer və klubun baş direktoru Ramin Şükürov ilə Şvexat şəhərinin meri Karin Bayer və ştadtratı (İdman İdarəsinin rəisi) Kristian Habisohn arasında müqavilə bağlanılıb.

Klub rəsmiləri bu anlaşmanı "Qarabağ Vyana" üçün əlamətdar hadisə kimi dəyərləndirib.

Qeyd edək ki, “Rudolf Ton” stadionu 24 may 1980-ci ildə tikilib. 7 min tamaşaçı tutumuna malik arenanın inşası 11,7 milyon avroya başa gəlib. Əsasən, atletika yarışları üçün nəzərdə tutulan stadion 2001-ci ildən Şvexat şəhərinin keçmiş meri Rudolf Tonun adını daşıyır.

28167766_1488487347930183_7747794915616424270_n.jpg