Yığmamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna Premyer Liqasında növbəti oyuna çıxıb.
Offsideplus.az komanda 3-ci turda "Olimpik"i (Donetsk) qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Bu "Aleksandriya"nın 2019/2020 mövsümündə ölkə çempionatında ilk qələbəsi olub.
P.Paşayev 81-ci dəqiqədə meydana daxil olub və 90+4-cü dəqiqədə sarı vərəqə ilə alıb.
Qeyd edək ki, "Aleksandriya" 3 xalla 12 komanda arasında 10-cu yerdə qərarlaşıb.