AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik AVRO-2020-nin seçmə mərhələsinin oyununa təyinat alıb.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, avstriyalı mütəxəssis B qrupunda keçiriləcək Lüksemburq – Serbiya qarşılaşmasının hakim-inspektoru olacaq.

Qeyd edək ki, sentyabrın 10-da Jozi Bartel stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.