Haiti millisinin baş məşqçisi Mark Kollat Donald Geryenin fiziki hazırlığından narazıdır.
Offsideplus.az xəbər verir ki, KONKAKAF "Gold cup 2019" turniri üçün yığmanın düşərgəsində olan "Qarabağ"ın müdafiəçisinin hazırkı durumu 69 yaşlı mütəxəssisi qane etmir. Təcrübəli çalışdırıcı mayın 11-dən istirahətdə olan 30 yaşlı futbolçunun fiziki baxımdan hazır olmadığını söyləyib:
"Geryedən necə istifadə edəcəyimi hələ bilmirəm. Formada olanda, çox yaxşı təsir bağışlayır. Amma mayın 11-dən istirahətdədir və bu da onun hazırkı durumuna təsir edir".
Qeyd edək ki, iyunun 16-da ABŞ-da startı veriləcək turnirdə Haiti yığması B qrupunda Kosta Rika, Nikaraqua və Bermuda ilə mübarizə aparacaq.(qol.az)