"Tobol"un Qazaxıstan kubokunun yarımfinal mərhələsində "Kaysar"la ilk oyunun (1:0) ən yaxşı futbolçuları müəyyənləşib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "InStat"ın təhlilinə əsasən, Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ilk "3-lüy"ə düşüb.
Qolkiper 269 xalla ən yaxşı 3-cü oyunçu olub. Qarşılaşma ərzində rəqib 8 zərbə ilə yadda qalıb ki, bunun 2-si çərçivəyə ünvanlanıb və hər iki halda Balayev etibarlı oynayıb.
"Tobol"un ən yaxşısı Caba Xankav (303), ikincisi isə Ruslan Valiullin (272) seçilib.