"Qarabağ"la yollarını ayıran Yakub Jezniçakın yeni komandası müəyyənləşir.
Offsideplus.az-ın Polşla mətbuatına istinadən məlumatına görə, 33 yaşlı müdafiəçi ölkəsinə qayıdır.
Polşa millisinin sabiq üzvü "LKS Lodz"la anlaşmaq üzrədi. Hazırda I liqada mübarizə aparan komanda sona 1 tur qalmış Ekstraklasaya vəsiqəni təmin edib. İndidən gələn mövsümün heyətini qurmağa başlayan "LKS Lodz"un danışıq apardığı futbolçular arasında Jezniçak öndə gəlir.
Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.