Ukrayna Premyer Liqasında 27-ci turun oyunlarına yekun vurulub.

Offsideplus.az xəbər verir ki, yığmmamızın üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Dinamo” ilə qarşılaşıb. Kiyevdə keçirilən oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qarşılaşmaya start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 27 oyundan sonra aktivində 48 xal olan “Aleksandriya” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.