Qvatemala Futbol Federasiyasının sabiq prezidenti Brayan Ximenes məhkəmə qarşısına çıxıb.
Offsideplus.az xəbər verir ki, Nyu-Yorkda baş tutan məhkəmədə onunla bağlı hökm oxunub.
DÇ-2018 və DÇ-2022-nin televiziya yayımı məsələsində rüşvət almaqda ittiham edilən sabiq federasiya rəhbərini 40 ilədək həbs cəzası gözləyirdi. Lakin o, hər şeyi etiraf etdiyi və məhkəmənin işini asanlaşdırdığı üçün pul cəriməsi ilə canını qurtarıb. Qərara əsasən, Ximenes 350 min dollar məbləğində cərimə ödəyəcək.
Qeyd edək ki, Brayan Ximenes FİFA-da korrupsiyaya yol verənlər arasında göstərilirdi.(matc.az)