"Yuventus"un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ölkəsində aldığı dövlət mükafatlarından məhrum edilməyəcək.
Offsideplus.az xəbər verir ki, mənbənin məlumatına görə, Portuqaliyanın Fəxri Ordenlər Şurası qərara alıb ki, İspaniya məhkəməsinin hökmü Ronaldonu mükafatlardan məhrum etmək üçün tutarlı əsas deyil.
Daha əvvəl Ronaldunun İspaniya məhkəməsinin futbolçunu 23 ay müddətinə şərti həbs cəzasına məhkum etməsindən sonra İnfant don Enrike (Milli Cəngavər) və "Xidmətlərinə görə" ordenlərindən məhrum edilə biləcəyi bildirilmişdi.