Roman Qriqorçukun "Astana"nın baş məşqçisi postundan birdəfəlik getməsiylə bağlı məlumatlar təsdiqini tapır.
Offsideplus.az xəbər verir ki, Qazaxıstan çempionu Serbiyanın "Radniçki" klubunun baş məşqçisi Nenad Lalatoviçə təklif göndərib.
Bildirilir ki, 41 yaşlı mütəxəssisin xidmətində Minsk "Dinamo"su da maraqlıdı. İndiyədək məşqçilik karyerası vətəninə bağlı olan Lalatoviç ölkəsinin ən titulliu klubu "Srvena Zvezda"da da işləyib. O, Serbiyanın U-20 və U-21 yığmalarına da rəhbərlik edib. Lalatoviç karyerasını "Astana"da davam etdirərsə, Qazaxıstan onun üçün məşqçi kimi ilk legioner təcrübəsi olacaq.
Qeyd edək ki, bu ilin iyununda "Qəbələ"dən "Astana"nın baş məşqçi postuna keçən Qriqorçuk cəmi 2 ay sonra şəxsi məsələlərlə əlaqədar klub rəhbərliyindən icazə alaraq gedib və onunla yolların ayırlması hələ də rəsmən açıqlanmayıb.