Azərbaycanlı futbol hakimi İnqilab Məmmədovun evindən oğurluq olub.
Offsideplus.az xəbər verir ki, bu barədə referinin həyat yoldaşı “Xəzər” TV-yə açıqlamasında məlumat verib. Oğurlanan pullar Məmmədovun 2 yaşlı xəstə övladı Nərgizin müalicəsi üçün yardım məqsədilə yığılmış pullar olub.
Məmmədovun həyat yoldaşı açıqlamasında bildirib ki, günorta vaxtı evdən çıxıblar, axşam qayıdanda isə pulların oğurlandığını görüblər. Evə mətbəxdən daxil olan oğrular, 9500 dollar və 6500 manat məbləğində pulu götürüblər.
İnqilab Məmmədovun qızı Nərgiz əzələ əriməsindən əziyyət çəkir.
Hadisəylə bağlı polisə məlumat verilib.