Bu ilin qışında "Qarabağ"ı "Xançjou Qrintaun"a dəyişən Dino Ndlovu Çin klubunun tarixinə düşüb. 

Offsideplus.az xəbər verir ki, Cənubi afrikalı hücumçu 23 oyunda vurduğu 19 qolla komandada bir mövsüm ərzində ən çox fərqlənən futbolçu olub.

Qeyd edək ki, "Xançjou Qrintaun" mövsümün başa çatmasına 1 tur qalmış 51 xalla 2-ci pillədədir. Komanda noyabrın 3-dəki son oyunda qalib gələ bilsə, turun digər matçlarının nəticəsindən asılı olmayaraq, Çin Super Liqasına vəsiqə qazanacaq.(qol.az)