Bu mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE-nin heyətində Qarabağ-a qarşı oynamış Aleksandr Qleb karyerası ilə bağlı maraqlı açıqlamalar verib.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu 2008-ci ildə Arsenal-dan Barcelona-ya keçdiyi üçün peşman olduğunu deyib:

“İnsanlar məndən niyə Arsenal-dan ayrıldığımı soruşurlar. Əslində, bu sualı mən də özümə verirəm: “Niyə Arsenal-dan ayrıldım?” Barcelona-yla müqavilə bağlamağım səhv idi. Ən yaxşı illərimi itirdim. Bəzi səhvlər etdim və meydanda əlimdən gələni etmədim. Oynamaq istəyirdim, amma Qvardiola məni oynatmırdı”.

2008-2012-ci illərdə Barcelona formasını geyinən Qleb cəmi 19 oyunda forma geyinmək şansı qazanıb.