17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kubokunda ikinci matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, İlham Yədullayevin yetirmələri bu gün iranlı həmyaşıdları ilə qüvvələrini sınayıblar. Oyun yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
Xatırladaq ki, U-17 ilk turda Rusiyaya məğlub olmuşdu (0:3). Futbolçularımız qeup mərhələsində son görüşü fevralın 19-da Qazaxıstan yığmasına qarşı keçirəcəklər.