"Panatinaikos" klubu və Yunanıstan millisinin futbolçusu Corc Boldok evində ölü tapılıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı oyunçu evinin hovuzunda dünyasını dəyişib. Bu barədə "Sport24" nəşri məlumat yayıb.
Qeyd edək ki, Boldok əvvəllər İngiltərədə "Şeffild Yunayted" klubunda çıxış edib. O, Yunanıstan millisinin heyətində 12 oyun keçirmişdi.