Meksika Liqasının və MLS-in ən yaxşı futbolçularından ibarət komandalar "All-star" matçında üz-üzə gəliblər.

Offsideplus.az xəbər verir ki, zədə səbəbindən Messinin iştirak etmədiyi oyunda sevinən tərəf meksikalılar olub.

Belə ki, adıçəkilən kollektiv sonda 4:1 hesablı qələbə qazanıb.

Maraq üçün qeyd edək ki, son iki "all-star" matçında qazanan tərəf ABŞ təmsilçiləri olub.