“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubu futbolçu itkisi ilə üzləşib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Aleksandr Kobaxidze "Zarya" (2-1) ilə Ukrayna Premyer Liqasının IX tur matçında zədələnib. Görüşün 43-cü dəqiqəsində 31 yaşlı oyunçunun çiyni çıxıb. Onun yaşıl meydanlardan azı 2 həftə uzaq qalacağı gözlənilir.

"Qarabağ" "Vorskla" ilə ilk görüşünü oktyabrın 25-də Bakıda, cavab oyununu isə noyabrın 8-də Poltavada keçirəcək.